Bank Of Baku

Qırğızıstanda müxalifətçilər Hökumət evini ələ keçiriblər

Qırğızıstanda müxalifətçilər Hökumət evini ələ keçiriblər
# 08 aprel 2010 02:54 (UTC +04:00)
Bakı-APA. Bişkekdə aprelin 8-nə keçən gecə qiyamçılar Hökumət evini ələ keçiriblər. Bu barədə APA «Kabar» agentliyinə istinadən məlumat verir. Hücum zamanı qiyamçılar 4 avtomobil yandırıblar.

Daha öncə də kütlə bir neçə dəfə Hökumət evini ələ keçirməyə cəhd etmişdi, lakin hər dəfə milis, daxili qoşunlar və xüsusi təyinatlıların müqavimətinə rast gəlmişdi.

Xatırladaq ki, kütləvi iğtişaşlar zamanı artıq Baş prokurorluq və parlamentin binaları dağıdılıb, vergi xidməti və bir sıra başqa idarələrin binaları isə yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR