Bank Of Baku

Qırğızıstanda yaradılmış müvəqqəti hökumət bütün hakimiyyət səlahiyyətlərini öz üzərinə götürüb

Qırğızıstanda yaradılmış müvəqqəti hökumət bütün hakimiyyət səlahiyyətlərini öz üzərinə götürüb
# 08 aprel 2010 08:41 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə müvəqqəti hökumətin Müdafiə Nazirliyi açıqlama yayıb. R. Otunbayeva prezident Kurmanbek Bakiyevin əvvəlcə Oş şəhərinə, oradan isə Cəlalabada getdiyini deyib: “Bakiyev öz mövqeyini müdafiə etmək üçün orada elektoratını toplamağa çalışır”.

Müvəqqəti hökumət parlamentin buraxıldığını və prezidentin, Nazirlər Kabinetinin funksiyalarını öz üzərinə götürdüyünü elan edib. R. Otunbayeva müvəqqəti hökumətin yarım il fəaliyyət göstərəcəyini, bu müddətdə Konstitusiyaya dəyişiklik ediləcəyini və yeni hakimiyyət orqanlarının formalaşdırılacağını bildirib: “Mənim dörd müavinim olacaq. İqtisadiyyata Almazbek Atambayev, maliyyə sahəsinə Temir Sariyev, prokurorluq orqanları və maliyyə polisinə Azimbek Beknazarov rəhbərlik verəcək. Omurbek Tekebayev isə Konstitusiya islahatına cavabdeh olacaq”.

Müvəqqəti hökumət yeni Seçki Məcəlləsinin qəbuluna qədər Mərkəzi Seçki Komissiyasının fəaliyyətini dayandırıb, prezident katibliyini də ləğv edib. Hökumətin yeni strukturu haqda qərar qəbul edilənə qədər bütün dövlət orqanları müvəqqəti hökumətə tabe olacaq. R. Otunbayeva qanunsuz özəlləşdirilmiş strateji obyektlərin dövlətə qaytarılması, mənzil-kommunal təsərrüfatında əvvəlki qiymətlərin bərpası və elektrik enerjisinin qiymətinin aşağı salınması barədə dekret imzalanacağını, son günlər baş vermiş cinayətlər də daxil olmaqla səsli-küylü cinayətlərin araşdırılması üçün komissiya yaradılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR