Bank Of Baku

Qırğızıstan prezidenti oğlunu Vaşinqtona göndərib

Qırğızıstan prezidenti oğlunu Vaşinqtona göndərib
# 08 aprel 2010 10:50 (UTC +04:00)
Bakı – APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev aprelin 7-dən 8-nə keçən gecə Vaşinqtona gedib.

APA-nın İTAR-TASS-a istinadən məlumatına görə, Qırğızıstanın İnkişaf, İnvestisiyalar və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin rəhbəri Maksim Bakiyev ABŞ Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında görüşlər keçirəcək.

Kiçik Bakiyevlə eyni vaxtda ABŞ paytaxtında Qırğızıstanın xarici işlər naziri Kadırbek Sarbayev də görünüb. Səfərinin məqsədi haqda heç bir açıqlama verməyən K.Sarbayev ölkəsi ilə telefonla əlaqə saxladığını bildirib: “Hələlik nəyisə şərh etmək tezdir. Yalnız sabah hansısa açıqlama verə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR