Bank Of Baku

Vladimir Putinlə Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva arasında telefon danışığı olub

Vladimir Putinlə Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva arasında telefon danışığı olub
# 08 aprel 2010 10:55 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov bildirib: “İndiki situasiyada xüsusilə qeyd etmək lazımdır ki, Otunbayeva ilə telefon danışığı Qırğız Xalq Etimad Hökumətinin başçısı qismində baş tutub. Vladimir Putin zorakılıq hallarından çəkinməyə, xarici nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə çağırıb”. Bundan başqa Rusiyanın baş naziri Qırğızıstana zəruri humanitar yardım göstərməyə hazır olduqlarını deyib: “Otunbayeva bildirib ki, ölkədə vəziyyətə mürəkkəb olaraq qalır və bu səbəbdən Qırğızıstanın iqtisadi yardıma ehtiyacı var. Vladimir Putin isə iki ölkə arasında münasibətlərin xarakterini nəzərə alaraq Qığrızıstana həmişə yardım göstərildiyini və bu prosesin davam edəcəyini bildirib”. Dmitri Peskov baş nazirin Qırğızıstandakı vəziyyəti daim diqqətdə saxladığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR