Bank Of Baku

Türkiyənin keçmiş dövlət naziri: “Qırğızıstandakı hadisələr Orta Asiyada domino təsiri yarada bilməz” – EKSKLÜZİV

Türkiyənin keçmiş dövlət naziri: “Qırğızıstandakı hadisələr Orta Asiyada domino təsiri yarada bilməz” – <font color=red>EKSKLÜZİV </font>
# 09 aprel 2010 07:32 (UTC +04:00)
Bakiyev iqtidara bir çox vəd verərək gəldi. Xüsusilə demokratikləşmə, mətbuata senzura tətbiq etməmək, müxaliflərə təzyiq göstərməmək, milli gəliri ədalətli bölüşdürmək və s. Ancaq bunların heç birini həyata keçirməməsi bir tərəfə dursun, Akayevdən də avtoritar bir rejim yaratdı. Xüsusilə iqtisadiyyatda və dövlət idarəçiliyində əsas yerlərə öz klanından olan adamları - qardaşlarını və oğlunu təyin etdi. İyirmi gün əvvəl şimaldakı 4 klan ona ultimatum verərək oğlunu iqtisadiyyatın idarəçiliyindən, qardaşlarını isə dövlət vəzifələrindən uzaqlaşdırmağı tələb etdilər. Ancaq Bakiyev bu tələbə əməl etmək yerinə, müxalifət liderlərini həbs etdirdi. Bu proseslər şimal şəhərlərində hadisələrin meydana gəlməsinə səbəb oldu və Bakiyev iqtidardan getmək məcburiyyətində qaldı”. Bu sözləri Qırğızıstandakı hadisələri APA-nın Türkiyə bürosuna şərh edən Türkiyənin türk cümhuriyyəti ilə əlaqələr üzrə keçmiş dövlət naziri, əslən özbək türkü olan, professor Əhəd Əndican deyib. O, olayların ikinci aspekti kimi xarici faktoru göstərib: “Qırğızıstanda ABŞ-la Rusiyanın rəqabəti və gizli çəkişməsi var. İqtidarının əvvəlində Bakiyev ölkədəki ABŞ bazalarını bağlayacağını söyləmiş və buna görə Rusiya ona 2 milyard dollar uzunmüddətli kredit vəd etmişdi. Ancaq daha sonra Bakiyev amerikalıları çıxarmaq yerinə, onlara yeni bir baza qrumaq üçün söz verdi. Onun oğlu Maksim də amerikalılarla ticarətini inkişaf etdirdi. Bu proseslər Rusiyanın və Çinin də xoşuna gəlmirdi. Onlar Bakiyevə yiyə durmayaraq bir an əvvəl getməsini asanlaşdırdılar. İndi müxalifət iqtidarda olsa da, gələcəkdəki seçkidən sonra da onların bu siyasəti dəyişdirmək imkanları yoxdur. Gələcəkdəki iqtidarlar da ABŞ-la Rusiya arasındakı böhranlı Qırğızıstan siyasətini davam etdirmək məcburiyyətində qalacaqlar. İqtisadi vəziyyətin düzəlmə şansı olmadığına görə Qırğızıstanda gələcəkdə də böyük dəyişiklik olacağını düşünmürəm. Enerji mənbələri olmadığından və böyük borc yükü altında olduğundan, iqtidara kim gələrsə-gəlsin, bu hadisələr vaxtaşırı baş verəcək”.

“Proseslərin kənara yayılmasından Şərqi Türküstan faktoruna görə Çin də çəkinir. Hadisələrin Çinə və Orta Asiyaya təsir etmə ehtimalı varmı” sualına professor Ə. Əndican belə cavab verib: “Zənn etmirəm. Hadisələr domino təsiri yaratmaz. Qazaxıstan sərhədlərini bağlayıb. Özbəkistanda isə Kərimovun təzyiqi xalqın küçələrə çıxmasına imkan yatarmır. Çinin Şərqi Türküstandakı siyasəti də məlumdur. Ona görə də bu hadisələrin Orta Asiya və Çinə təsir edəcəyini düşünmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR