Bank Of Baku

Tiflisdə 9 aprel faciəsinin ildönümü yad edilir

Tiflisdə 9 aprel faciəsinin ildönümü yad edilir
# 09 aprel 2010 11:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda 21 il bundan əvvəl baş vermiş 9 aprel faciəsi yad edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səhər saatlarında Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev Gürcüstan parlamenti qarşısındakı 9 aprel memorialına əklil dəstələri qoyub. Bu gün Gürcüstan Azərbaycanlıları Konqresi də 9 aprel 1989-cu il Tiflis faciəsinin 21-ci ildönümünü yad edib. Konqres nümayəndələri Gürcüstan Parlamentinin qarşısında 9 aprel qurbanlarının memorialına baş çəkib, faciə qurbanlarını yad edib, memorial önünə əklil qoyublar.

Xatırladaq ki, 1989-cu il aprelin 9-da keçmiş Sovet Ordusunun əsgərləri tərəfindən Tiflisdə sülh şəraitində keçən mitinqə hücum olub. Nəticədə faciə baş verib. Həmin gün tərkibi bilinməyən qazın tətbiqi nəticəsində 21 dinc əhali zəhərlənərək həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR