Bank Of Baku

Gürcüstan prezidentinin təşəbbüsü ilə Kür çayının üzərində yeni körpü tikilir

Gürcüstan prezidentinin təşəbbüsü ilə Kür çayının üzərində yeni körpü tikilir
# 09 aprel 2010 18:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. «Üç ildən sonra Gürcüstanın hər yerində yaxşı yollar, qaz və su olacaq».

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Kür çayının üzərində onun təşəbbüsü ilə piyadalar üçün tikilən yeni körpünün tikintisinin birinci mərhələsinin başa çatması mərasimində deyib. Onun sözlərinə görə, Kür çayının üzərində tikilən bu körpünü heç kim uçurda bilməz: «Bu körpü hökumətimizin şəffaflığını özündə əks etdirir və müasirliyin simvoludur».

Qeyd edək ki, Kürün sağ sahili ilə sol sahilini birləşdirən körpünün müəllifi italiyalı arxitektor Mikel de Luçidir. Prezidentin sözlərinə görə, italiyalı arxitektor Gürcüstan vətəndaşıdır: «O, Gürcüstan tarixinə gürcü arxitektoru kimi daxil olacaq».

Mərasimdə Tiflis şəhərinin meri Qiqi Uqulava və digər rəsmi nümayəndələr iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR