Bank Of Baku

İnquş yaraqlılarının lideri öldürülüb

İnquş yaraqlılarının lideri öldürülüb
# 09 aprel 2010 19:38 (UTC +04:00)
Bakı-APA. Cümə günü İnquşetiyanın Ekajevo kəndində məhv edilən yaraqlılardan biri – Koriqov respublikadakı yaraqlıların lideri olub. APA-nın məlumatına görə, bu barədə İnquşetiya prezidenti Yunus-Bek Yevkurov bildirib.

Cümə günü səhər Rusiya FTX və DİN əməkdaşları Ekajevo kəndində pasport rejimini yoxlayarkən evlərin birindən onlara atəş açılıb. Nəticədə atışma başlayıb. Evdə mühasirəyə düşmüş 3 yaraqlı özlərini partladıblar.

FTX-nin məlumatına görə, atışma nəticəsində bir milis nəfəri həlak olub, 3 FTX əməkdaşı yaralınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR