Bank Of Baku

Polad Bülbüloğlu DHƏF idarə heyətinin sədri seçilib - EKSKLÜZİV

Polad Bülbüloğlu DHƏF idarə heyətinin sədri seçilib  - <font color=red>EKSKLÜZİV</font>
# 09 aprel 2010 19:03 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, ölkəmizin MDB Humanitar Əməkdaşlıq Şurasında (HƏŞ) nümayəndəsi Polad Bülbüloğlu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri seçilib. Bu barədə APA-nın Moskva müxbirinə eksklüziv olaraq DHƏF və HƏŞ idarə heyətlərinin birgə iclasından sonra DHƏF icraçı direktoru, Fövqəladə və Səlahiyyətli səfir Armen Smbatyan məlumat verib.

A.Smbatyan həmçinin bildirib ki, DHƏF-in idarə heyətinin yeni sədri öz vəzifələrinin icrasına bu il mayın 22-dən başlayacaq.

Qeyd edək ki, daha öncə bu vəzifəni Qazaxıstanın təhsil və elm naziri Janseit Tuymebayev tuturdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR