Bank Of Baku

Türkmənistan prezidenti bir sıra yeni təyinatlar edib

Türkmənistan prezidenti bir sıra yeni təyinatlar edib
# 09 aprel 2010 23:15 (UTC +04:00)
Bakı-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov hökumətin genişləndirilmiş iclasında Baş Dövlət Vergi xidmətinin rəisi Nurmühəmməd Aşirovu işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, Baş Dövlət Vergi xidmətinin rəisi vəzifəsinə əvvəllər Türkmənistan Nazirlər Kabinetinin iqtisadi inkişaf şöbəsinin müdiri Annaberdı Məmikov təyin edilib.

Başqa işə keçməsi ilə əlaqədar səhiyyə və tibb sənayesi naziri Ata Sərdarov vəzifəsindən azad edilib. Türkmənistan hökumətindəki mənbənin bildirdiyinə görə, Sərdarov diplomatik vəzifəyə təyin olunacaq. Əvvəllər Turizm və idman dövlət komitəsinin sədri işləyən Qurbanmammet Elyasov səhiyyə və tibb sənayesi naziri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Türkmənistan Ali nəzarət palatasının sədri Orazmırat Qurbannazarov kənd təsərrüfatı naziri təyin olunub. Ali nəzarət palatasında onu maliyyə nazirliyinin nəzarət-təftiş idarəsinin rəisi Qoçqulu Saparlıyev əvəz edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR