Bank Of Baku

Əsgər Akayev siyasətə qayıtmaq fikrində deyil

Əsgər Akayev siyasətə qayıtmaq fikrində deyil
# 10 aprel 2010 01:34 (UTC +04:00)
Bakı-APA. 2005-ci ildə «zanbaq inqilabından» sonra hakimiyyətdən getmiş Qırğızıstanın eks-prezidenti Əsgər Akayev ölkədə baş vermiş dövlət çevrilişini labüd adlandırıb. APA-nın məlumatına görə, Akayev bir daha siyasətə qayıtmayacağını da bildirib.

«Mən peşəkar elmi işçiyəm və 2005-ci il hadisələrindən sonra yenə də doğma sahəmə qayıdıb mürəkkəb sistemlərin riyazi tədqiqi institutunda işləyirəm. Özüm ixtisasca fizik olduğum üçün bu iş məni çox qane edir. Ona görə də həyatımı dəyişib siyasətə qayıtmaq üçün əsas görmürəm. İndi elmdə iz qoymaq istəyirəm və hesab edirəm ki, Qırğızıstana yeni nəsil siyasi liderlər lazımdır», deyə Akayev bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR