Bank Of Baku

Kurmanbek Bakiyevin yeri məlum olub

Kurmanbek Bakiyevin yeri məlum olub
# 10 aprel 2010 03:13 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkənin Calalabad vilayətindədir. Bu barədə Qırğızıstan Milli təhlükəsizlik xidmətinin sədri vəzifəsini icra edən Keneşbek Duyşebayev bildirib.

«Biz onun haralarda olduğunu bilirik. Qarşıdurma olmaması üçün sərt tədbirlərə əl atmırıq», deyə Duyşebayev əlavə edib.

Onun sözlərinə görə prezidentin oğulları Maksim və Marat Bakiyevlər ölkədən xaricdədirlər.

Duyşebayev həmçinin Kurmanbek Bakiyevin qardaşı Janış Bakiyevin Çu vilayətində olduğunu bildirib. «Onu silahlı adamlar müşayiət edirlər. Janış Bakiyev özü hüquq-mühafizə orqanlarına təslim olmalıdır. Hökumət Evinin müdafiəsinə məhz o başçılıq edib», deyə Duyşebayev bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR