Bank Of Baku

Dərbənd meri istefa verib

Dərbənd meri istefa verib
# 10 aprel 2010 04:49 (UTC +04:00)
Bakı-APA. Dağııstanın Dərbənd şəhərinin meri vəzifəsini icra edən Feliks Qazıəhmədov istefa verib. Onun yerini birinci müavini İmam Yarəliyev tutacaq.

İmam Yarəliyev 2009-cu ilin oktyabrında mer seçkisində şəhərin o vaxtkı başçısı Feliks Qazıəhmədova uduzsa da, məhkəmə kütləvi qanun pozuntuları səbəbindən seçkilərin nəticəsini ləğv edib. O zamandan şəhərdə ikihakimiyyətlilik hökm sürməyə başlayıb. Aprelin 8-də Dərbənd şəhər merinin birinci müavini Tacəddin Soltanov istefa verib və onun yerinə İmam Yarəliyev təyin olunub. Feliks Qazıəhmədov dünən istefa verdikdən sonra isə onun yerini qanuna əsasən İmam Yarəliyev tutmalıdır. Növbəti Dərbənd meri seçkiləri bu il oktyabrın 10-da keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR