Bank Of Baku

Qırğızıstanda kütləvi iğtişaşların qurbanlarının sayı 79-a çatıb

Qırğızıstanda kütləvi iğtişaşların qurbanlarının sayı 79-a çatıb
# 10 aprel 2010 08:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Yelena Bayalinova bildirib.

Ölən şəxslər xəstəxanaya güllə yaraları ilə daxil olublar. Y. Bayalinova bildirib ki, hazırda Bişkek və ətraf şəhərlərin xəstəxanalarının reanimasiya şöbələrində 45 zərərçəkən var. Onlardan 7-nin vəziyyəti ağırdır. İndiyədək tibbi yardım üçün 1500-dən çox insan müraciət edib, 500 nəfər xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti güllə yarası alanlardır.

Hazırda Bişkekdə iğtişaşlar zamanı həlak olanlar dəfn edilir. Dəfn mərasimlərini dövlət təşkil edib.

Bişkek morqunda 7 naməlum meyit var.

Qeyd edək ki, müxalifətin kütləvi etiraz aksiyası aprelin 6-da başlayıb. Kütləvi etiraz Talas vilayət mərkəzindən bütün ölkəyə yayılıb. Müxalifət paytaxtda hakimiyyət orqanlarını ələ keçirəndən sonra prezident Kurmanbek Bakiyev Bişkeki tərk edib. Ölkədə müvəqqəti hökumət formalaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR