Bank Of Baku

Kurmanbek Bakiyev: «Əgər Bişkekə qayıdaramsa, məni öldürərlər»

Kurmanbek Bakiyev: «Əgər Bişkekə qayıdaramsa, məni öldürərlər»
# 10 aprel 2010 09:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu K.Bakiyev BBC-yə müsahibəsində bildirib. Lakin dövlət başçısı hansı ölkənin təşkilatçı rolunda çıxış edə biləcəyini açıqlamayıb.

K.Bakiyev qeyd edib ki, o, hələ də qanuni prezident olsa da, paytaxta qayıdışını həyatı üçün təhlükəli sayır. «Əgər mən Bişkekə qayıdaramsa, orada təhlükəsizlikdə olmayacağam. Məni öldürər və iğtişaşlarda qan tökülməsində ittiham edərlər», - deyə prezident vurğulayıb.

Qeyri-rəsmi məlumatlara əsasən, K.Bakiyev hazırda Qırğızıstanın Cəlalabad şəhərində gizlənir.

Xatırladaq ki, aprelin 7-8-də Qırğızıstanda baş verən kütləvi iğtişaşlar zamanı ölənlərin sayı 79-a çatıb, bir çox dövlət və mülki obyekt yararsız vəziyyətə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR