Bank Of Baku

Polşa prezidentinin Smolenskdə qəza uğramış təyyarəsinin göyərtəsində 132 nəfər olub

Polşa prezidentinin Smolenskdə qəza uğramış təyyarəsinin göyərtəsində 132 nəfər olub
# 10 aprel 2010 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə RİA “Novosti”yə Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

“Polşa prezidentinin “Tu-154” təyyarəsi şənbə günü Smolenks vilayətindəki “Severniy” aeroportuna eniş etmək istəyərkən güclü duman şəraitində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 132 nəfər olub”, - deyə Markin qeyd edib.

O, ilkin istintaq hərəkətlərinin aparıldığını, həlak olanlar barədə məlumatların dəqiqləşdirildiyini vurğulayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR