Bank Of Baku

Smolensk vilayətinin qubernatoru: «Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin bütün sərnişinləri həlak olub»

Smolensk vilayətinin qubernatoru: «Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin bütün sərnişinləri həlak olub»
# 10 aprel 2010 10:48 (UTC +04:00)
Polşa prezidenti Lex Kaçinski və rəsmi nümayəndə heyətinin uçduğu «Tu-154» təyyarəsi dumanlı hava şəraiti ilə əlaqədar Smolensk aerodromunun 300-400 metr yaxınlığında ağaclara toxunaraq yanıb.

«Eniş edərkən Polşa prezidentinin təyyarəsi eniş zolağına çata bilməyib. İlkin məlumatlara görə, təyyarə ağaclara toxunaraq yerə çırpılıb və parçalanıb. Qəza nəticəsində heç kim sağ qalmayıb», - deyə qubernator bildirib.

S.Antufyev əlavə edib ki, Varşavadan Smolenskə uçan təyyarədə 85 nümayəndə heyəti və ekipaj olub.

Təyyarənin göyərtəsində həmçinin L.Kaçinskinin həyat yoldaşı, eks-prezident Rışard Kaçorovski, Polşa Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa Ordusu diviziyasının yepiskopu general Tadeuş Ploski, pravoslav ordu yepiskopu və briqada generalı Miron Çodakovski, Milli Bankın sədri Slavomir Skşipek olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR