Bank Of Baku

Rusiyanın Kemerovo vilayətindəki şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətindəki şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
# 10 may 2010 07:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu “RIA Novosti” agentliyinə bildirib.

Meyiti çıxarılan ölənlərin 17-si dağ xilasedicisi olub. S.Şoyqunun sözlərinə görə, xilasedicilərin yerin altında qalan insanları xilas etmək üçün cəmi 48 saat vaxtı qalıb. İnsanların qaldıqları şaxtanın iki hissəsi kritik vəziyyətdədir, çünki oranı su basır. Məhz bu yerlərin birində 6 nəfər, digərində isə 7 nəfər qalıb. Ümumilikdə şaxtada 60 nəfər, o cümlədən 20 xilasedici qalıb.

Şaxtadan eyni zamanda müxtəlif xəsarətlər almış 59 nəfər çıxarılıb, onlardan 6-sı ciddi yaralandıqlarına görə müalicə üçün Moskva şəhərinə çatdırılıb.

Xatırladaq ki, mayın 9-da Kemerovo vilayətində yerləşən “Raspadskaya” şaxtasında iki partlayış baş verib. İkinci partlayış xilas etmə əməliyyatı başlayandan sonra baş verib və nəticədə yerin altında mədənçilərlə yanaşı, xilasedicilər də təcrid ediliblər. Öncə yayılan xəbərlərə əsasən şaxtada metan partlayıb. Qəza faktı əsasında cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR