Bank Of Baku

Dağıstanda Sərhədçilər Evinin yanında partlayış olub

Dağıstanda Sərhədçilər Evinin yanında partlayış olub
# 10 may 2010 11:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Dağıstanın Kaspiysk şəhərində partlayıcı qurğunun gücü 7 kiloqram trotilə bərabər olub.

APA-nın məlumatına görə, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinə istinadən Rusiyanın “RİA Novosti” agentliyi xəbər yayıb.

Hadisənin təfərrüatlarına gəlincə, Kaspiyskdə Sərhədçilər Evinin yaxınlığında şübhəli əşya tapılıb. Rusiyanın Federal Təhlükəsizlik İdarəsinin sərhəd şöbəsinin istehkamçı-mühəndisi əşyanı tədqiq etdikdə partlayış baş verib və istehkamçı yerindəcə vəfat edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317 (hüquq-mühafizə orqanının əməkdaşına qəsd) və 222-ci (silahın və döyüş sursatının qeyri-qanuni dövriyyəsi) maddələri üzrə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR