Bank Of Baku

«Raspadskaya» şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb

«Raspadskaya» şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb
# 11 may 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Kemerovo vilayətindəki «Raspadskaya» şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43-ə çatıb. Məlumatı Rusiya FHN Sibir regional mərkəzinin nümayəndəsi verib. Daha öncə 39 ölən barədə məlumat verilirdi.

«47 nəfərin taleyi hələ də naməlumdur», deyə FHN nümayəndəsi bildirib.

APA-nın daha öncə bildirdiyi kimi, mayın 8-i «Raspadskaya» şaxtasında partlayış baş verən anda yerin altında 370 nəfər olub. Onlardan 300-ü yuxarı qalxa biliblər. Şaxtada xilasetmə işləri aparılarkən daha bir partlayış baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR