Bank Of Baku

Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevə Milli Lider statusu verib

Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevə Milli Lider statusu verib
# 13 may 2010 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, dəyişikliklərə əsasən, prezident öz fəaliyyəti dövründə əməllərinə görə heç vaxt həbs oluna, saxlana, cinayət və inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan başqa Milli Liderin həyatına hər hansı müdaxilə terror cinayətləri kateqoriyasına daxil edilib. Konstitusiya dəyişikliklərinə əsasən, dövlət orqanları və vəzifəli şəxslər dövlət quruculuğu və təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüsləri Milli Liderlə mütləq razılaşdırmalıdır. Eyni zamanda prezidentin şəkillərinin cırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub. Parlament həmçinin ölkənin ilk prezidentinin muzeyinin yaradılması və paytaxtda prezidentin büstünün qoyulması məsələsini də müzakirə etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR