Bank Of Baku

Kurmanbek Bakiyevin tərəfdarları revanşa hazırlaşır

Kurmanbek Bakiyevin tərəfdarları revanşa hazırlaşır
# 14 may 2010 07:38 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin tərəfdarları Cəlalabad şəhərində böyük mitinq keçirməyə hazırlaşır. APA-nın “24.kg” agentliyinə istinadən verdiyi məlumata görə, K. Bakiyevi Müdafiə Komitəsinin sədri Janar Moldokulov bildirib ki, hazırda Cəlalabad vilayətinin bütün rayonlarından əhali vilayət mərkəzinə axışır. O, kütləvi aksiyada 10 minə yaxın adamın iştirak edəcəyini söyləyib: “Biz Kurmanbek Bakiyevin qanuni prezident olduğunda israr edəcəyik və vilayət qubernatoru vəzifəsinə Feyzullabek Rəhmanovun təyin olunması tələbini irəli sürəcəyik”.

Qeyd edək ki, mayın 13-də Qırğızıstanda vəziyyət yenidən gərginləşib. K. Bakiyevin tərəfdarları ölkənin cənubundakı Oş, Cəlalabad və Batken vilayət administrasiyalarının binalarını ələ keçiriblər. Müdafiə naziri səlahiyyətlərinin icraçısı qayda-qanun yaratmaq üçün Oşa uçub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR