Bank Of Baku

Ukrayna prezidenti Krım Tatar Məclisinin rəhbərini qəbul edib

Ukrayna prezidenti Krım Tatar Məclisinin rəhbərini qəbul edib
# 14 may 2010 10:48 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç Krım Tatar Məclisinin rəhbəri, millət vəkili Mustafa Cəmiloğlunu qəbul edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, M. Cəmiloğlu V. Yanukoviçdən Krım tatarlarının pozulmuş hüquqlarının bərpasına yönəlmiş qanunların qəbuluna yardımçı olmasını, deportasiya edilənlərin yerləşdirilməsi ilə bağlı 2011-2015-ci illəri əhatə edən hökumət proqramının təsdiqlənməsini istəyib. O, Krım Tatar Məclisinin mərkəzi və muxtar respublika hakimiyyət orqanları ilə daimi, sistemli əlaqəsinin təmin olunmasını, tatarların dövlət idarəetmə orqanlarında təmsilçiliyini arzuladıqlarını da söyləyib. M. Cəmiloğlu deyib ki, Bağçasaray qoruq-muzeyinə milli status verilməsi və bu şəhərdəki dini məkanların ərazilərinin sərhədlərinin müəyyənləşdirilməsi də vacibdir.

B. Yanukoviç isə bu məsələlərin bəziləri ilə bağlı müvafiq tapşırıqlar verdiyini bildirib: “Qalan məsələləri mən Krıma gəldikdə müzakirə edərik. Biz prezident yanında Krım-tatar xalqı nümayəndələrinin Şurasını toplayarıq, yerlərdə insanlarla görüşərik. Əminəm ki, hər məsələ üzrə layiqli qərarlar tapa biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR