Bank Of Baku

Naməlum şəxslər Dağıstanda avtomobili atəşə tutublar, həlak olanlar var

Naməlum şəxslər Dağıstanda avtomobili atəşə tutublar, həlak olanlar var
# 15 may 2010 08:57 (UTC +04:00)
APA-nın məlumatına görə, Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, naməlum şəxslər mayın 14-ü, Moskva vaxtı ilə saat 23.50-də (Bakı vaxtı ilə mayın 15-i saat 00.50) Xasavyurd şəhərində Qroznenski küçəsi ilə “Xasavyurd-Babayurd” avtomobil yolunun kəsişməsində avtomatik silahlardan avtomobildə atəş açıblar.

Nəticədə VAZ-21099 markalı avtomobildə olan hər iki şəxs həlak olub. Həlak olanlardan biri Xasavyurd, digəri Mahaçqala sakinidir.

Onlar aldıqları güllə yarasından yerindəcə keçiniblər. Avtomobil isə tamam yanıb. Hadisə yerində 7,62 mm çaplı pulemyot gülləsinin 100 gilizi, 7,62 mm çaplı AK avtomatının 35 gilizi, 5,45 mm çaplı AK avtomatının 3 gilizi və boş pulemyot lenti aşkarlanıb.

Hadisəni törədənlərin müəyyənləşdirilərək, tapılması üçün “Vulkan-3” adı altında əməliyyat həyata keçirilir. Faktla bağla bağlı qətl maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR