Bank Of Baku

Rusiya prezidenti Ukraynaya səfər edib

Rusiya prezidenti Ukraynaya səfər edib
# 17 may 2010 14:42 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev Ukraynaya səfər edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Medvedev hava limanından birbaşa naməlum əsgərin məzarının olduğu parka yollanıb. Rusiya və Ukrayna prezidentləri naməlum əsgərin məzarına gül dəstələri qoyduqdan sonra 1930-cu illərin əvvəllərində baş vermiş dəhşətli aclıqda (Qolodomor) ölənlərin xatirəsinə ucaldılmış memorialı ziyarət edəcəklər.

İki tərəf arasında müxtəlif sahələrə aid 6 sənədin imzalanacağı gözlənilir. Sonra iki prezidentin birgə mətbuat konfransı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR