Bank Of Baku

Tacikistan prezident islam ölkələrini birliyə çağırıb

Tacikistan prezident islam ölkələrini birliyə çağırıb
# 18 may 2010 11:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tacikistan prezidenti Emoməli Rahmon İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələri islam dünyası ölkələrinin üzləşdiyi aktual problemlərin həlli zamanı birləşməyə çağırıb. APA-nın məlumatına görə, Düşənbədə keçirilən İKT xarici işlər nazirləri Şurasının toplantısında çıxış edən prezident bildirib ki, ümumdünya maliyyə böhranı və müxtəlif yeni çağırışlar ilk öncə birlik və həmrəylik tələb edir: “Tacikistan terrorizm, ekstremizm və separatçılıqla mübarizə məsələlərinin müzakirəsi və həllində İslam Konfransı Təşkilatının rolunu dəstəkləyir. Bu məsələlərin müzakirəsi zamanı İraqda sülhün bərpası məsələsinə əsas diqqət ayrılmalı, yarım əsrdən çoxdur ki, dövlətçiliyini itirmiş Fələstin problemini həll etmək lazımdır”. Xatırladaq ki, toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR