Bank Of Baku

Əsgər Akayev: “Bakiyev bir daha Qırğızıstanda hakimiyyəti geri qaytara bilməyəcək”

Əsgər Akayev: “Bakiyev bir daha Qırğızıstanda hakimiyyəti geri qaytara bilməyəcək”
# 18 may 2010 15:12 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev artıq hakimiyyəti geri qaytarmaq iqtidarında deyil. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə 2005-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış sabiq prezident Əskər Akayev verib. O bildirib ki, Bakiyev hər bir vəchlə hakimiyyəti geri qaytarmaq istəyir: “Lakin o buna nail olmayacaq. Qırğız xalqı qəti olaraq Bakiyevsiz həyat sürməyə qərar verib”. Əsgər Akayev sabiq prezidentin indiki iqtidarla dialoq imkanını da rədd edib: “Çətin ki bu dialoq mümkün olsun. O öz xalqına atəş açmaq əmri verib, bununla da öz hökmünü imzalayıb”. Sabiq prezident ölkədə baş verən hadisələrdə Moskvanın əli olması versiyasını rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR