Bank Of Baku

Krım tatarları Rusiya və Ukrayna arasında Qara dəniz donanmasına dair imzalanmış sazişə qarşı çıxıb

Krım tatarları Rusiya və Ukrayna arasında Qara dəniz donanmasına dair imzalanmış sazişə qarşı çıxıb
# 18 may 2010 16:33 (UTC +04:00)
Bakı - APA. Krım tatarları Rusiya və Ukrayna arasında Qara dəniz donanmasına dair imzalanmış sazişin ləğvinə çalışacaqlar.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu bəyanatla Krım Tatar Məclisinin sədri Mustafa Cəmiloğlu çıxış edib.

M.Cəmiloğlu Qara dəniz donanmasının 2042-ci ilədək Sevastopolda qalmasını nəzərdə tutan razılaşmanı “Ukrayna üçün aşağılayıcı və biabırçı saziş” adlandırıb: “Bütün sağlam fikirli soydaşlarımız və Məclis siyasi qüvvələrlə birgə bu sazişin qüvvədən salınmasına çalışacaq”. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiya donanmasına Krımda qalmaq icazəsi verməklə Krım tatarlarının milli ərazisi ilə şəxsi mülkiyyəti kimi rəftar edib.

Qeyd edək ki, bu gün – mayın 18-də Krım tatarlarının Orta Asiyaya deportasiyasından 66 il ötür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR