Bank Of Baku

Nika Gilauri: “Quriya bölgəsinin inkişafına 34 milyon lari vəsait ayrılıb ”

Nika Gilauri: “Quriya bölgəsinin inkişafına 34 milyon lari vəsait ayrılıb ”
# 19 may 2010 04:28 (UTC +04:00)
Ozurqeti. Nizami Məmmədzadə-APA. Gürcüstan hökuməti Quriya bölgəsinin Ozurqeti şəhərində səyyar iclas keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hökumətin iclasında baş nazir Nika Gilauri və digər rəsmi şəxslər və bölgə rəhbərliyi iştirak edib. İclasda çıxış edən baş nazir Nika Gilauri bildirib ki, Quriya bölgəsinin inkişafı üçün həyata keçirilən layihələrin investisiya edilməsinə 34 milyon lari ayrılıb (1 lari=$0,58). Onun sözlərinə görə, yolların reabilitasiyasına 19 milyon lari, su təchizatı layihəsinə 8.5 milyon lari, “Kəndə kömək” proqramı layihəsinə isə 2.5 milyon lari xərclənəcək. “Bu il bizim üçün ən prioritet məsələlərdən biri su təchizatı sistemini qaydaya salmaqdır.”
Nika Gilauri bildirib ki, eyni zamanda regiondakı məktəblərə və uşaq bağçalarına da 400 min lari məbləğində vəsait ayrılıb.
Xatırladaq ki, Gürcüstanın baş naziri Ozurqeti şəhərində hökumətin iclasını keçirərkən “Sokar Qeorqia Qaz” şirkəti burada 14 küçəni təmin edəcək yeni tikilmiş qaz paylayıcı şəbəkə istifadəyə verib. Tədbirdə Gürcüstanın Energetika Naziri Aleksandr Xetaquri və “Sokar Qeorqia Qaz” şirkətinin direktoru Anar Məmmədov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR