Bank Of Baku

Prokurorluq Kurmanbek Bakiyevin daha iki qardaşının həbsinə sanksiya verib

Prokurorluq Kurmanbek Bakiyevin daha iki qardaşının həbsinə sanksiya verib
# 19 may 2010 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, sanksiya vilayət administrasiyasının binasının ələ keçirilməsinin tədqiqatı çərçivəsində imzalanıb. Şahidlərin sözlərinə görə, hökumət binasının ələ keçirilməsinə Bakiyev qardaşları şəxsən nəzarət ediblər. Onlar kütləvi iğtişaşlar törətmək, hakimiyyəti güclə ələ keçirmək, qəsdən adam öldürmək və insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddələri ilə ittiham olunurlar. Bundan başqa araşdırılan iş üzrə daha iki nəfər haqqında axtarış elan olunub. Cəlalabad prokurorluğu eks-prezidentin üçüncü qardaşı Janış Bakiyev haqqında da axtarış elan edib. O, aprelin 7-də Bişkekdə mitinq iştirakçılarına atəş açmaqda ittiham olunur. Müvəqqəti hökumətin açıqladığı rəsmi məlumatlara görə, həmin hadisələr zamanı onlarla mitinq iştirakçısı həlak olub, yüzlərlə insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR