Bank Of Baku

Cəlalabadda qırğızlarla özbəklər arasında baş verən toqquşmada 71 nəfər xəsarət alıb, onlardan 2-si ölüb, vilayətdə fövqəladə vəziyyət elan olunub

Cəlalabadda qırğızlarla özbəklər arasında baş verən toqquşmada 71 nəfər xəsarət alıb, onlardan 2-si ölüb, vilayətdə fövqəladə vəziyyət elan olunub
# 19 may 2010 16:38 (UTC +04:00)
APA-nın “АКИpress” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Samatbek Toymatov bildirib. Onun sözlərinə görə, yerli vaxtla saat 18.30-dək Cəlalabad vilayətinin səhiyyə müəssisələrinə 71 zərərçəkən müraciət edib. Onlardan ikisi aldığı xəsarətlərdən ölüb. Zərərçəkənlərin 10%-i kəllə-beyin travması alıb.

Qeyd edək ki, Cəlalabad vilayət mərkəzində qırğızlarla özbəklər arasında toqquşmalar davam edir. İnsidentin əvvəlki hakimiyyətin tərəfdarları tərəfindən qızışdırıldığı bildirilir.

Müvəqqəti hökumət artıq Cəlalabadda fövqəladə vəziyyət elan edib. Cəlalabad vilayətində və Suzak şəhərində tətbiq olunmuş fövqəladə rejim iyunun 1-dək davam edəcək. Müvəqqəti hökumətin başçısı Roza Otumbayevanın imzaladığı dekretdə hər gün saat 20.00-dan saat 06.00-dək komendant saatının tətbiq olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR