Bank Of Baku

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
# 20 may 2010 08:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda 20-yə yaxın sənəd layihəsinin müzakirə olunacağı gözlənilir.

Müzakirə olunacaq məsələlərin əksəriyyəti iqtisadi sahəyə aiddir. Onlar arasında enerji sahəsində MDB ölkələrinin əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi ilə bağlı görüləcək ilkin tədbirlərin planı haqqında qərarlar, MDB ölkələrinin ümumi elektroenerji bazarının formalaşdırılmasının mərhələləri haqqında protokol, təbii və maye qazın mühərrik yanacağı qismində istifadə olunması sahəsində mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi sahəsində MDB ölkələrinin əməkdaşlığı haqqında saziş, aqrosənaye kompleksi məsələləri üzrə Hökumətlərarası Şuranın yaradılması haqqında qərar, MDB-nin 20 illiyi ilə bağlı keçiriləcək tədbirlər Planı var.

Hökumət başçıları təhlükəsizlik sahəsində də bir sıra məsələləri müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR