Bank Of Baku

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri: “Gürcüstanda yaşayan soydaşlarımızın işsizlik problemi həmişə gündəmdə olacaq”

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri: “Gürcüstanda yaşayan soydaşlarımızın işsizlik problemi həmişə gündəmdə olacaq”
# 20 may 2010 22:58 (UTC +04:00)
Poti. Nizami Məmmədzadə-APA. Gürcüstanda “AZEBİ” iş adamlarının birliyi fəaliyyət göstərir. APA-nın məlumatına görə, ölkədə 25-dən artıq Azərbaycan şirkətləri daha da fəal və işgüzar fəaliyyət göstərməyə başlayıblar. ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanda yaşayan soydaşlarımızın işsizlik problemləri barədə həmişə diskusiyyalar apardıqlarını və müəyyən qərar qəbul etdiklərini deyib. ”AZEBİ”nin ümumi yığıncağında azərbaycanlıların işsizlik məsələsi barədə həmişə müzakirələr aparılır, məsləhətləşmələrimiz olur. Digər şirkətlər də bu barədə məqsədyönlü layihələr həyata keçirir. Tələbələrə təqaüd veririk, əhaliyə kömək və dəstək göstəririk. Bu məsələ barədə Azərbaycandan Gürcüstana rəsmi səfərə gəlmiş iqtisadiyyat naziri Şahin Mustafayev də “AZEBİ” iş adamları ilə söhbətlər aparıb. ARDNŞ-nin Gürcüstan qurumunun bu iş adamlarının ümumi yığıncağının sədrliyi söz verir ki, Gürcüstanda yaşayan soydaşlarımızın işsizlik problemi həmişə gündəmdə olacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR