Bank Of Baku

ARDNŞ-nin Gürcüstan nümayəndəliyi M. F. Axundovun Tiflisdəki ev muzeyini alıb

ARDNŞ-nin Gürcüstan nümayəndəliyi M. F. Axundovun Tiflisdəki ev muzeyini alıb
# 21 may 2010 01:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Axundovun ev muzeyini biz tam almışıq. İki mərtəbəli binanı üçmərtəbəli edəcəyik. Bu barədə artıq qərarımız var.” Bu sözləri APA-nın Gürcüstan bürosuna ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib. Onun sözlərinə görə, yeni təmir edilmiş ev muzeyində həm rəsm qalereyası olacaq, həm də burada xalq sənəti olan xalçaçılıq inkişaf etdiriləcək, dərnəklər açılacaq. “Burada Azərbaycanın turizm mədəniyyətini təbliğ edən bir qurum da fəaliyyət göstərəcək. Eyni zamanda həmin evin aşağı mərtəbəsində Azərbaycan ünvanlı milli xörəklərimizi nümayiş etdirən bir restoran da açmağı nəzərdə tutmuşuq. Burada böyük planlarımız var. Bu dəqiqə artıq daxili interyerin təmiri gedir. Bu ilin yayında tikinti işlərini daha intensiv aparacağıq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR