Bank Of Baku

Qırğızıstan prezidentinin səlahiyyətlərini 2011- ci ilin sonuna qədər Roza Otunbayeva icra edəcək

Qırğızıstan prezidentinin səlahiyyətlərini 2011- ci ilin sonuna qədər Roza Otunbayeva icra edəcək
# 21 may 2010 02:22 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın müvəqqəti hökuməti prezident seçkilərinin keçirilmə vaxtının bu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayına keçirildiyi barədə elan verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Qırğızıstanın müvəqqəti hökumətinin qadağan saatı elan etməsindən bir gün sonra, cümə axşamı ölkənin cənubunda minlərlə etirazçı yenidən qəzəbli nümayişlərə başlayıb.
Şahidlər Cəlalabad şəhərində iki minə yaxın nümayişçinin cıdır meydanında toplaşdığı zaman iki rəsminin hücuma məruz qaldığını söyləyib. Xəbərə əsasən müdafiə naziri vəzifəsini yerinə yetirən İsmayıl İsakov və region qubernatoru Bektur Asanov izdihami sakitləşdirməyə çalışarkən döyülüb və qisa müddətlik girov götürülüblər.
Qırğızıstanın müvəqqəti hökuməti çərşənbə günü etnik qırğızlarla özbəklər arasında baş vermiş qarşıdurma nəticəsində iki nəfərin ölümü və 70-ə yaxın insanın yaralanmasından sonra Cəlalabadda qadağan saatı elan edib.
Qırğızıstanın müvəqqəti hökuməti həmçinin prezident seçkilərinin vaxtını bu ilin oktyabrın ayından 2011-ci ilin oktyabr ayına keçirdiyini elan edib. Çərşənbə günü hökumət müvəqqəti hökumətin lideri Roza Otunbayevanı 2011- ci ilin dekabr ayına qədər prezident səlahiyyətlərini icra edəcəyini elan edib. Onun təyinatını gələn həftə keçiriləcək referendum müəyyən edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR