Bank Of Baku

Dekabr ayında Potiyə qaz veriləcək

Dekabr ayında Potiyə qaz veriləcək
# 21 may 2010 04:01 (UTC +04:00)
Poti. Nizami Məmmədzadə-APA. Bu barədə mayın 20-də Qara dəniz sahilində yerləşən və 50 min əhalisi olan Poti şəhərində “Poti şəhərinin qazlaşdırılması” layihəsinin təqdimat mərasimində Gürcüstanın energetika naziri Aleksandr Hetaquri deyib. APA-nın Poti şəhərində olan əməkdaşının məlumatına görə, tədbirdə iştirak edən “SOCAR Georgia Gas”nın baş direktoru Mahir Məmmədov, Poti şəhərinin meri Qela Laqvilava, “SOCAR Georgia Gas”ın direktoru Anar Məmmədov və digər rəsmi şəxslər Potinin qazlaşdırılması xəritəsinə baxıblar. Gürcüstanın energetika naziri Aleksandr Hetaquri layihənin təqdimatına toplaşan şəhər sakinləri qarşısında çıxış edib. O, bildirib ki, bu günkü tədbir mənim və “SOCAR Georgia Gas”nın təşəbbüsü ilə baş tutub. “SOCAR Georgia Gas”ın (ARDNŞ-in törəmə müəssisəsi) texniki layihəsi hazırdır. Bu layihədə xəritə şəkilində hər bir küçədə çəkiləcək qaz nöqtəsinin texniki tərtibatı göstərilib. Ən başlıcası odur ki, Poti şəhərinədək 37 km uzunluğunda magistral qaz borusu tikilir. Bu ilin dekabr ayının ortalarında Poti təbii qazla təmin olunacaq. Eyni zamanda görülən bu işlərlə paralel olaraq “SOCAR Georgia Gas”şəhərin daxilində də qazpaylama şəbəkələri yaradacaq. Bu, Poti şəhəri üçün ən əhəmiyyətli layihədir, çünki Poti industrial şəhərdir, bura qazlaşdırılan kimi buraya sərmayə qoymaq istəyənlər bu liman şəhəri ilə maraqlanacaq, burada fəaliyyətdə olan müəssisələrə də qaz veriləcək, yeni iş yerləri əmələ gələcək. Mən sizə söz verirəm ki, dekabr ayında gəlib ilk qaz verilməsinin məşəlini yandıracağıq, -deyə A.Hetaquri şəhər sakinlərinə bildirib. Sonra nazir təqdimat mərasiminə toplaşan şəhər sakinlərinin suallarına cavab verib.

Nazir jurnalistlərə açıqlamasında Gürcüstanda “Sokar Energy Georgia”nın fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib. “Mən öz çıxışlarımda həmişə bu faktı qeyd edirəm ki, biz Azərbaycanla çox yaxınıq və “SOCAR Georgia Gas” ən ağır günlərimizdə bizimlə çiyin-çiyinə durub. Biz bu şirkətin müsbət fəaliyyətini 2004-cü ildən başlayaraq hiss etmişik. Bu şirkət bütün istiqamətlərdə bizimlə birgə olub. İndi “SOCAR Georgia Gas” ilə beşillik kontrakt bağlanıb. Bu şirkət Gürcüstanın regionlarına və bütün kəndlərinə qaz çəkəcək. Əlbəttə bu, Gürcüstanın iqtisadi-sosial səviyyəsini qaldırmağa çox kömək edəcək.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR