Bank Of Baku

Tbilisidə soydaşlarımızı təmsil edən futbol komandası yaradılıb

Tbilisidə soydaşlarımızı təmsil edən futbol komandası yaradılıb
# 21 may 2010 04:57 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. “Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) nəzdində gənclərdən ibarət “Qarayazı” adlı futbol komandası yaratmışıq.” Bu barədə APA-nın yerli bürosuna GAK sədri Əli Babayev bildirib. “Bu gənclərin təşəbbüsüdür. Onlar Gürcüstanda keçiriləcək “Qafqaz” kuboku uğrunda yarışmaq üçün soydaşlarımızı təmsil edəcəklər. İnanıram ki, biz gənc futbolçuların qələbə xəbərini çox eşidəcəyik.”
APA-nın məlumatına görə, “Qarayazı” futbol komandasının məşqçisi Tural Məmmədov təyin olunub. “Qafqaz” kuboku uğrunda yarışlarda 12 komanda iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR