Bank Of Baku

Belarus Baş Prokurorluğu Kurmanbek Bakiyevin ekstradisiyasına dair sənədləri araşdırır

Belarus Baş Prokurorluğu Kurmanbek Bakiyevin ekstradisiyasına dair sənədləri araşdırır
# 21 may 2010 12:03 (UTC +04:00)
Minsk-APA. Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin ekstradisiyasına dair sənədlər artıq Belarus Baş Prokurorluğuna daxil olub. APA-nın məlumatına görə, Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pyotr Kiselyov artıq sənədlərin öyrənildiyini bildirib. Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kurmanbek Bakiyevi heç bir vəchlə başqa ölkəyə təhvil verməyəcəyini bildirib. Bakiyevin Belarus prezidenti və dövlətinin himayəsində olduğunu deyən Lukaşenko Bişkekdəki müvəqqəti hökumətin ekstradisiya ilə bağlı müraciətini ümidsiz və alçaldıcı addım kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR