Bank Of Baku

Rustavidə mayın 30-da seçkilərdə iştirak edən deputatlığa namizədlərlə görüş keçirilib

Rustavidə mayın 30-da seçkilərdə iştirak edən deputatlığa namizədlərlə görüş keçirilib
# 21 may 2010 21:28 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Mayın 21-də Rustavi Şəhər Mədəniyyət Evində Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (RAMM) təşkilatçılığı ilə Rustavi Şəhər Sakrebulosuna (bələdiyyəsinə) majoritar qaydada deputatlığa namizədlərlə seçicilərin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri RAMM-ın əməkdaşı Bəhram İsayev açaraq namizədləri görüş iştirakçılarına təqdim edib. Sonra tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, bölgə qubernatoru David Kirkitadze, Rustavi şəhərinin keçmiş meri, hazırda deputatlığa namizəd göstərilən Mamuka Çikovani, Tiflisdə fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümbət, həmin təşkilatın əməkdaşı Tapdıq Yolçu, RAMM-ın rəhbəri Xələddin Yolçuyev və başqaları çıxış ediblər.

Tədbirdə şəhər sakrebulosuna (bələdiyyəsinə) majoritar qaydada deputatlığa namizədlərdən Zaza Murvanidze, Kaxa Barataşvili, Pavle Latsabidze, Leyla Abtiauri, Zaza Asistişvili, Mamuka Abuladze, Kaxa Qurqenidze və başqaları özlərinin platformaları barədə açıqlama verərək, onu seçicilərlə tanış edib, Azərbaycan-gürcü dostluğundan, eyni zamanda Azərbaycanın Gürcüstanın iqtisadiyyatının inkişafında göstərdiyi köməyə görə minnətdarlıq ifadə ediblər.
Tədbirin sonunda “Varlıq-Komedi” qrupunun gülüş səhnələri, müğənni Eldar Kaspili, Rustavidəki 18 saylı orta məktəbin Azərbaycan şöbəsinin şagirdləri mahnı və şeirlərlə çıxış edib. Görüşdə Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs ansamblı gürcü və Azərbaycan rəqslərini nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR