Cületta Giorqadze: «Gürcüstan mayın 30-da keçiriləcək seçkilərə tam hazırdır»
MSK-nın spikeri seçicilərlə aparılan iş barədə məlumat verib. O, qeyd edib ki, biz ilk öncə seçicilərin siyahısı üzərində iş apardıq. Bu siyahılarda heç bir problem yoxdur və şəffaf və dəqiqliklə yazılıb. Seçici siyahılarının yazılmasında siyasi partiyalar bizə əllərindən gələn köməyi göstərdilər. Komissiya seçicilərə namizədlər barədə istənilən məlumatı vaxtında çatdırıb. Biz eyni zamanda seçkilər barədə yerli QHT-lərlə və bəzi beynəlxalq təşkilatlarla işlədik. Onlar bizə çox ciddi şəkildə kömək göstərdilər. Ən başlıca məsələlərdən biri də MSK-ya daxil olan şikayətlərin yoxlanılması oldu. Biz MSK-ya gələn şikayətləri vaxtında və yerində yoxlayıb, obyektiv cavablar verdik. Bu şikayətlər eyni zamanda MSK-nın veb saytında yerləşdirilib. Hansı seçici maraqlansa, oxuyub tanış ola bilər. Qeyd edim ki, indiyədək beynəlxalq və yerli təşkilatlar tərəfindən heç bir şikayət almamışıq.
MSK spikeri seçkilərdə iştirak etmək üçün 14 partiya və 3 blokun qeydiyyatdan keçdiyini söyləyib. Eyni zamanda o, Tiflis Şəhər Merliyinə 9 nəfər namizədin seçkilərdə iştirak etmək üçün qeydə alındığını deyib. “Onlar bütün Gürcüstan ərazisində fəaliyyət göstərən seçkilərdə iştirak edirlər. Lakin bir neçə dairədə bəzi namizədlərin siyahısı və majoritar namizədlərin adları yoxdur. Bunlara baxmayaraq MSK onlara ixtiyar verib ki, bütün Gürcüstan ərazisində qeydiyyatdan keçsinlər. Tiflisdə majoritar və proporsional sistem üzrə seçkilər baş tutacaq. Seçicilər Tiflis Şəhər Merliyinə namizədi seçəcəklər. Yalnız Tiflisdə yaşayan seçicilər 3 bülleten alacaq, Gürcüstanın digər regionlarında olan seçicilər isə 2 bülletenlə təmin olunacaqlar.
Mayın 20-nə qədər 32 yerli təşkilat qeydiyyatdan keçib, onlar seçkilərdə monitorinq aparacaq. Eyni zamanda onlarla birlikdə beynəlxalq müşahidəçilər də iştirak edəcək. İndiyədək 22 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onların qeydiyyatdan keçmə vaxtı mayın 23-də sona çatır.
Cületta Giorqadze açıqlamasında jurnalistlərin prezident seçkilərindən fərqli olaraq bu seçkiyə marağının çox az olduğunu bildirib. «Biz hər gün beynəlxalq jurnalistlərdən qeydiyyat üçün müraciət qəbul edirik. Fikirləşirik ki, seçkilərdə çox ciddi jurnalistlər iştirak edəcək. Hesab edirik ki, KİV vasitələrinin fəaliyyəti üçün lazım ola biləcək şəraiti yarada biləcəyik. Onlar intensiv şəkildə seçkilər barədə informasiya və reportajlar verə biləcəklər. Jurnalistlərlə mayın 30-da işləmək üçün xüsusi planımız var. Hər 3 saatdan bir jurnalistlər üçün brifinq keçiriləcək, onlar mütəmadi şəkildə MSK-nın informasiyaları ilə tanış olacaq və müəyyən süjetlərin çəkilməsi üçün onlara şərait yaradacağıq. Seçki günü MSK-da mətbuat mərkəzi 24 saat işləyəcək və bütün jurnalist-müşahidəçilər sözsüz ki, bizimlə birlikdə işləyə biləcək və onlar üçün şərait olacaq. Burada kompüter mərkəzi işləyəcək və eyni zamanda informasiyaları ötürmək üçün pulsuz internetdən istifadə edə biləcəklər. Jurnalistlər üçün qeydiyyatdan vaxtı mayın 27-də sona çatır. Hələ vaxt var, istər beynəlxalq müşahidəçilər, istərsə də KİV öz siyahılarını MSK-ya təqdim edə bilərlər. İndiyədək ATƏT tərəfdən 150 müşahidəçi qeydiyyatdan keçib. Onların da qeydiyyat üçün siyahı təqdim vaxtı mayın 28-də başa çatır».
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mayın 21-dən başlayaraq Gürcüstanda keçiriləcək seçkilər üçün bülletenlərin çapına başlanılıb. MSK-dan verilən xəbərə görə, seçki bülletenləri gürcü, Azərbaycan, erməni və rus dillərində çap olunacaq.
MDB
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Xəbər Lenti
UFC: Nazim Sadıxov nakautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib