Bank Of Baku

Batumi küçələrindən birinə Lex və Mariya Kaçinskilərin adı verilib

Batumi küçələrindən birinə Lex və Mariya Kaçinskilərin adı verilib
# 25 may 2010 16:48 (UTC +04:00)
Bakı – APA. Batumi şəhərinin (Gürcüstan) küçələrindən birinə Lex və Mariya Kaçinskilərin adı verilib.

APA-nın “İnterfax”a istinadən məlumatına görə, küçənin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili, Polşa nümayəndə heyəti, o cümlədən Polşanın mərhum prezidentinin xanımı Mariya Kaçinskayanın qardaşı Konrad Matskeviç iştirak edib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın paytaxtı Tiflisin küçələrindən birinə aprelin 10-da Rusiya səmasında qəzaya uğrayan təyyarədə həlak olan Polşanın mərhum prezidentinin adı verilib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin fərmanı ilə Lex Kaçinskiyə ölümündən sonra Gürcüstanın Milli Qəhrəmanı fəxri adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR