Bank Of Baku

Dağıstan prezidenti Qəbələyə səfər edib

Dağıstan prezidenti Qəbələyə səfər edib
# 25 may 2010 19:03 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, Dağıstan prezidenti Maqomedsalam Maqomedov və onu müşayiət edən qonaqlar “Gilan” piano fabrikində istehsal prosesi və hazır məhsullarla tanış olub.

M. Maqomedova məlumat verilib ki, regionda analoqu olmayan bu fabrikdə ildə 1200-1500 ədəd piano istehsal etmək mümkündür və 120 nəfərin çalışdığı fabrikdə fəaliyyət göstərdiyi iki ay ərzində 35 ədəd piano istehsal edilib.

Nümayəndə heyəti Qəbələ Konserv Zavoduna da baş çəkib, istehsal müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub. M. Maqomedova məlumat verilmişdir ki, Qafqaz regionunda analoqu olmayan bu zavodda istehsal olunan təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, yarımfabrikat olan konsentrat və pürelər Azərbaycan bazarı ilə yanaşı, Rusiya, Ukrayna və Belarusa, Baltikyanı respublikalara, Amerika və Avropa ölkələrinə də ixrac edilir.

Qonaq zavodun ayrı-ayrı istehsal sexlərində, məhsul saxlama anbarında, laboratoriyasında olub, sərgi salonuna baxış keçirib, təbii meyvə şirələrinin dadına baxıb.

Dağıstanın rəhbəri “Qafqaz-Park” Gənclik Mərkəzində olub, istirahət mərkəzinin süni buz meydançası ilə tanış olub, xüsusi qatarla 16 hektar ərazisi olan parkı gəzib. Məlumat verilib ki, 150 nəfərin çalışdığı “Qafqaz-Park” Gənclik Mərkəzində yerli və xarici turistlərin istirahət etməsi üçün yüksək şərait yaradılıb.

Daha sonra “Fitnes” Sağlamlıq Mərkəzi ilə tanışlıq olub. Qəbələ rayon ictimaiyyətinin nümayəndələri “Fitnes” Sağlamlıq Mərkəzinin həyətində Dağıstanın “Ləzginka” rəqs ansamblının konsertinə tamaşa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR