Bank Of Baku

Gürcüstanda çaylara toksik tullantılar axıdılır

Gürcüstanda çaylara toksik tullantılar axıdılır
# 25 may 2010 21:44 (UTC +04:00)
Marneuli-АPA. Низами Məmməlzadə. Mənbəyini Bolnisi rayonun Kazreti qəsəbəsindən olan Maşavera çayına son bir neçə gündür ki, toksik tullantılar axıdılır. Çay sarı rəngdə axır. Sonra həmin çayın suları Marneuli rayonunun ərazisində Xram çayına qarışır. Xram çayı isə Kürə qovuşur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Xram çayı boyu məskunlaşan gürcü və azərbaycanlı kəndlərin əhalisi bildirib. Son bir neçə gündür ki, Xram çayının sahillindəki Tamarisi gürcü millətindən olan əhalisi torbalarla məhv olmuş balıqları evlərinə aparırlar. Bu barədə Gürcüstan mətbuatı da bildirib. Sakinlərin dediyinə görə, son iki gündür ki, çayda ölü balıqlar üzür. Onların məlumatına görə, çaya toksik tullantılar Bolnisi rayon Qazreti qəsəbəsində qızıl emalı ilə məşğul olan “Madneuli” MMC tərəfindən axıdılır. Bunun nəticəsidir ki, çaylarda olan balıqlar tamamilə məhv olub. Xram çayının sahilində yerləşən və azərbaycanlılar yaşayan İmir, Qullar, Aşağı Qullar, Qaş Muğanlı, İmirhəsən, Bəylər, Soskurtlu və gürcü kəndləri olan Orconikidze, Sereteli kəndləri bu çayın suyu ilə həyətyanı sahələrdə becərdikləri kənd təsərrüfatı bitkilərini suvarırlar. İmir kənd sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, bu çay suyundan istifadə edəndə onların bədənlərində yaralar əmələ gəlir. “Madneuli” MMC toksik tullantılar barədə heç bir açıqlama vermir.

APA-nın məlumatına görə, analoji vəziyyət azərbaycanlıların Ermənistanla sərhəd kəndlərindən keçən Debed çayında da baş verir. Ermənistanın Alaverdi mis mədənlərindən axıdılan tullantılar Marneuli rayonunun Sadaxlı, Mameyi, Dəmyə Gorarxı, Yuxarı Saral, Aşağı Saral, Beytarafçı, Qasımlı,Seydiqocalı, Ağməmmədli, Quşçu, Qaçağan və c. kəndlərdən keçən Debed çayı vasitəsi ilə Xram çayına keçir, oradan da Azərbaycana ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR