Bank Of Baku

Sakartvelo bank “AZEBİ” ilə əməkdaşlıq etmək istəyir

Sakartvelo bank “AZEBİ” ilə əməkdaşlıq etmək istəyir
# 25 may 2010 23:51 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Mayın 25-də Gürcüstan bankı Azərbaycan şrkətlərinin ictimai birliyi olan “AZEBİ”ilə əməkdaşlıq etmək istəyini bildirib. Bu məqsədlə bank tərəfindən Tbilisin Şeraton Metexi Palas mehmanxanasında xüsusi tədbir təşkil edilib. Bu barədə məlumatı APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə bildirib. Onun məlumatına görə, tədbirdə Sakartvelo bankın prezidenti İrakli Qilauri çıxış edərək “AZEBİ” təşkilatı ilə əməkdaşlıq etmək istədiklərini bildirib. Onun sözlərinə görə, tədbirdə “AZEBİ” təşkilatının strukturları barədə bank prezidentinə ətraflı məlumat verilib. “Sakartvelo bank son illər “AZEBİ” təşkilatlarına müxtəlif layihələri həyata keçirmək üçün maliyyə dəstəyi verir. Tədbirdə gələcəkdə daha fəal əməkdaşlıq məsələləri müzakirə edilib.”
Tədbirdə Gürcüstanda fəaliyyət göstərən “AZEBİ”i iş adamları və Azərbaycan səfirliyinin müşaviri Şövqi Mehdizadə iştirak edib.
APA-nın məlumatına görə, bu aydan başlayaraq Sakartvelo bank ilə “Sokar Georgia Qas” arasında Gürcüstanda yaşayan əhalinin qazla təmin olunması məsələsində bank tərəfindən iki illik kredit verilməsi barədə mikro layihələr həyata keçirilməyə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR