Bank Of Baku

Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində Azərbaycanın Respublika Günü və Gürcüstanın Müstəqillik Günü münasibətinə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində Azərbaycanın Respublika Günü və Gürcüstanın Müstəqillik Günü münasibətinə həsr olunmuş tədbir keçirilib
# 26 may 2010 03:41 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində Azərbaycanın Respublika Günü və Gürcüstanın Müstəqillik Günü münasibətinə həsr olunmuş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri universitetin rektoru Novruz Bayramov açaraq, hər iki bayram barəsində tədbir iştirakçıları olan müəllim və tələbə kollektivinə ətraflı məlumat verib. Sonra universitetin tarix müəllimi Sərdar Yusifov ənənəvi keçirilən müstəqillik bayramlarının tarixi və onların məhz Gürcüstanla bağlı olduğunu deyib və bu dövrdə baş verən tarixi hadisələrə xronoloji ardıcıllıqla açıqlama verib. Tədbirdə tələbələr canlı olaraq Gürcüstanın və Azərbaycanın himnlərini gürcü və Azərbaycan dillərində musiqinin müşaiəti ilə ifa ediblər. Sonra tələbələrdən Zemfira İsayeva, Həvva Tanrıverdiyeva, Esmira Ələkbərova, Təranə Hüseynova, Eliso Hümbətova, Çinarə Hüseynova, Nüşabə İsayeva və başqaları gürcü və Azərbaycan dillərində şeirlər söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR