Bank Of Baku

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Kaxeti bölgəsinə səfər edib

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Kaxeti bölgəsinə səfər edib
# 26 may 2010 04:41 (UTC +04:00)
Tiflis.Nizami Məmmədzadə-APA. Dünən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Kaxeti bölgəsində olub, burada yaşayan soydaşlarımızla görüşüb. Bu barədə APA-nın Gürcüstan bürosuna məlumatı səfirliyin müşaviri Şövqi Mehdizadə bildirib. Müşavirin dediyinə görə, Azərbaycanın Respublika Günü çərçivəsində Kaxeti bölgəsində Telavi rayonunun Qaracalar kəndinə səfər edən Azərbaycan səfiri burada yaşayan azərbaycanlılarla görüşüb, onların problemləri ilə yaxından tanış olub. “Bu görüş soydaşlarımızla mütəmadi keçirilən görüşlərdən biri idi. Səfir kənddəki orta məktəbdə oldu, buradakı təmir işlərinə baxış keçirdi. Məktəbə latın qrafikası ilə nəşr edilmiş çox saylı kitablar bağışladı. Sonra Azərbaycan səfiri məsciddə oldu. Bu kənddəki uşaq bağçasına baş çəkdi. Sonra Kaxeti bölgə quberniyasının rəsmiləri və soydaşlarımızın iştirakı ilə Gürcüstanda yaşayan bölgələrdə həyata keçirilən məsələlər barədə, eyni zamanda bu ölkədən keçən beynəlxalq layihələr haqqında fikir mübadiləsi aparıldı. Görüşdə eyni zamanda Laqodexinin Qabal, Uzuntala, Gəncəli kəndlərinin nümayəndələri də iştirak ediblər.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR