Bank Of Baku

Gürcüstanın paytaxtında Gürcüstan Azərbaycanlılarının Konqresi Azərbaycanın və Gürcüstanın Müstəqillik Günlərini qeyd edib

Gürcüstanın paytaxtında Gürcüstan Azərbaycanlılarının Konqresi Azərbaycanın və Gürcüstanın Müstəqillik Günlərini qeyd edib
# 27 may 2010 20:12 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Bu gün Tbilisidə Azərbaycanın və Gürcüstanın müstəqillik günü qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü və dəstəyi ilə baş tutub. Tədbirdə Tiflisdə və Marneulidə fəaliyyət göstərən QHT nümayəndələri, azərbaycanlı ziyalılar, gürcü ictimaiyyətinin nümayəndələri, gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Tbilisidə rus diasporasının üzvləri Heydər Əliyevin və Azərbaycan Cümhuriyyətinin yaradıcılarının büstləri önünə, eyni zamanda Gürcüstan paytaxtındakı Qəhrəmanlar Meydanındakı ölkənin azadlığı uğrunda həlak olan əsgər abidəsi önünə əklil dəstələri qoyublar. Sonra tədbir iştirakçıları bayram süfrəsi arxasında Azərbaycan və Gürcüstanın müstəqillik günlərini qeyd ediblər. Burada başlanan tədbiri Gürcüstan Azərbaycanlılarının Konqresinin sədri Əli Babayev açaraq hər iki ölkənin müstəqilliyi ilə bağlı fikirlərini açıqlayıb. Sonra akademik Mixail Kurdiani, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov və rus diasporasının üzvləri müstəqillik günləri münasibəti ilə hər iki xalqı təbrik edərək, tarixin bu şanlı səhifələri barədə tədbir iştirakçılarına maraqlı faktlar söyləyiblər.
Tədbirdə Konqresin təşkilatçılığı və dəstəyi ilə Tiflisdə Qafqaz kuboku uğrunda keçirilən mini-futbol turnirində ermənilərə 3:0 hesabı ilə qalib gələn “Qarayazı” futbol komandasının üzvləri xüsusi hədiyyələrə və diplomlara layiq görülüb.
Tədbir iştirakçıları konqresin nəzdində fəaliyyət göstərən “Ceyran” folklor ansamblının nümayiş etdirdiyi gürcü və Azərbaycan rəqslərinə tamaşa edib, gənclərin ifalarında Azərbaycan, gürcü və ingilis dillərində səslənən müxtəlif mahnıları dinləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR