Bank Of Baku

Rusiya ABŞ-ın Polşada raket yerləşdirməsilə bağlı izahat istəyib

Rusiya ABŞ-ın Polşada raket yerləşdirməsilə bağlı izahat istəyib
# 28 may 2010 04:58 (UTC +04:00)
Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatlar və Polşadan ABŞ-ın bu ölkədə raketlər yerləşdirməsilə bağlı detallı izahat istəyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Polşa dünən ABŞ-ın yer-hava tipli ilk raket batareyasının Kalininqraddan 60 kilometr məsafədə yerləşən Moraq bazasında yerləşdirildiyini açıqlayıb.
Cənab Lavrov deyib ki, Rusiya onun sərhəddi yaxınlığında hərbi installasiya və infrastrukturun yerləşdirilməsinə ehtiyacın nə ilə izah edilməsini bilmək istəyir.
Polşa bunu ölkənin milli təhlükəsinin gücləndirilməsində mühüm bir addım kimi qiymətləndirir. Lakin Rusiya bunu regionda etibarv və ikitərəfli münasibətlərə zərər vuracağını bəyan edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR