Bank Of Baku

Qazaxıstanda bütün filmlər dublyaj olunacaq

Qazaxıstanda bütün filmlər dublyaj olunacaq
# 28 may 2010 08:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva-APA -Economics. Qazaxıstanın kinoprokatına çıxarılan bütün filmlər 2012-ci il yanvarın 1-dən dövlət dilinə dublyaj ediləcək. APA-nın məlumatına görə, ölkə prezidenti Nursultan Nazarbayev “Mədəniyyət haqqında” qanuna müvafiq düzəlişləri təsdiq edib.

Kinoprokata qarşı tələbləri sərtləşdirən düzəlişlər parlamentin aşağı palatasında (məclis) müzakirə edilərkən təklif olunub. Öncə qanun layihəsində xarici filmlərin mütləq səsləndirilməsi nəzərdə tutulurdu. “Mədəniyyət haqqında” qanun Qazaxıstan kinematoqrafı və kitabxana işinin, o cümlədən mədəni sərvətlərin formalaşdırılması və qorunmasının dəstəklənməsinə və inkişafına yönəldilib.

Qanuna düzəlişlər rəsmi nəşr edildikdən sonra qüvvəyə minəcək. Ölkənin Konstitusiyasına uyğun olaraq, qazax dili ölkədə dövlət dili statusu daşıyır. Bununla yanaşı, rus dili dövlət müəssisələrində və yerli özünüidarə orqanlarında rəsmən istifadə edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR