Bank Of Baku

Moskvada Türkiyə vətəndaşı həbs olunub

Moskvada Türkiyə vətəndaşı həbs olunub
# 28 may 2010 10:01 (UTC +04:00)
Bakı – APA. Rusiyanın paytaxtı Moskva şəhərində terrorizmdə şübhəli bilinən Türkiyə vətəndaşı həbs olunub. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, 37 yaşlı Türkiyə vətəndaşının Korkmaz soyadlı olduğu bildirilir. O, dünən Moskvanın Leninqrad şossesi, 23 ünvanında yerləşən yaşayış evinin yaxınlığında tutulub.
Hüquq mühafizə orqanlarının məlumatına görə, Korkmaz 2008-ci ilin avqust ayından beynəlxalq axtarışda olub. Artıq Rusiya tərəfi Türkiyəni bu barədə məlumatlandırıb. Türkiyə vətəndaşının törətdiyi əməllər haqqında dəqiq məlumat verilməsə də, onun vətənində terror təşkilatına aidiyyəti olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR